Türkiyə Təhsil Bələdçisi

Mədəniyyət, coğrafi mövqe və dil yaxınlığını yüksək səviyyəli akademik standartlarla birləşdirən Türkiyə universitetlərində özünüzü tamamilə evinizdəki kimi hiss edin. Həm dövlət, həm də dünya reytinqində olan özəl universitetlərdə geniş təqaüd və iş imkanları ilə gələcəyinizi qurun.

Niyə Məhz Bu Ölkə ?

Adaptasiya və dil baryerinin olmaması, Azərbaycan attestatı ilə birbaşa qəbul şansları, uçuş məsafəsinin qısa olması və tələbələr üçün geniş təqaüd (Türkiye Bursları) infrastrukturu.

Universitet Növləri

Ölkədə yüzlərlə Dövlət universiteti və kampus imkanları, laboratoriyaları, müasir infrastrukturu ilə seçilən Vəqf (Vakıf/Özəl) universitetləri var. Hər ikisinin diplomu həm Azərbaycanda (YÖK təsdiqi ilə), həm də qlobal səviyyədə tanınır.

Təhsil Müddəti

Bakalavr təhsili 4 il (əgər 1 il dil hazırlığı da varsa 5 il olur), Tibb təhsili 6 il, Diş həkimliyi isə 5 ildir. Magistratura təhsili tezisli 2 il, tezissiz isə 1-1.5 il çəkir.

Tədris Dili

Dövlət universitetlərində əsasən Türk dilində, lakin reytinqli olanlarda (ODTÜ, Boğaziçi) və əksər özəl universitetlərdə 100% İngilis dilində tam tədris proqramları mövcuddur. Dil bilməyənlər üçün universitet daxilində 1 illik 'Hazırlık' keçilir.

İllik təhsil haqqı

Dövlət universitetlərində rüsumlar illik 500$ - 3,000$ civarındadır (İngilis dilli və tibb proqramları bir az baha olur). Vəqf (Özəl) universitetlərində isə ixtisas və qlobal reytinqdən asılı olaraq illik 3,000$ - 25,000$ arasında qiymətlər müşahidə edilir.

Qəbul və Dil Şərtləri

Akademik tələblər

Özəl universitetlərə yalnız 11 illik attestat ortalaması (minimum 60-70 GPA) ilə heç bir imtahansız birbaşa qəbul mümkündür. Dövlət universitetləri isə rəqabətli olduğu üçün mütləq TR-YÖS, SAT və ya ACT kimi qlobal imtahan nəticələri tələb edir.

 Dil Şərtləri:

İngilisdilli proqramlar üçün standart olaraq IELTS 6.0/6.5 və ya TOEFL iBT (80+) tələb olunur. Türkdilli proqramlar üçün isə rəsmi TÖMER (B2 və ya C1) sertifikatı istənilir. Dil sertifikatı olmayanlar qəbul olandan sonra universitetin daxili "Muafiyet" imtahanını verə bilər.

 Tələb Olunan Sənədlər:

Unutmayaq ki, hər bir universitet və ixtisasdan asılı olaraq əlavə və fərqli sənəd tələb oluna bilər. Bunu dəqiqləşdirmək və sənədləşmə prosedurunun doğru aparılması üçün komandamıza müraciət edə bilərsiniz.

Aylıq Yaşam Xərcləri

Bölgəyə görə çox dəyişkəndir. İstanbul və Ankara nisbətən baha hesab olunsa da, yataqxana, aylıq yemək paketləri və tələbə ulaşım (nəqliyyat) endirimləri hesabına aylıq ümumi xərc təxminən 400$ - 650$ aralığında dəyişir.

Dövlət təqaüdləri və əhatəsi

Türkiyə Cümhuriyyəti tərəfindən idarə olunan və bütün dünyadan minlərlə gəncin müraciət etdiyi qlobal 'Türkiye Bursları' proqramı, həmçinin YTB və TÜBİTAK tərəfindən verilən elmi araşdırma təqaüdləri.

Türkiye Bursları tələbəni universitet rüsumundan tam azad edir, pulsuz dövlət (KYK) yataqxanası, ümumi tibbi sığorta (GSS), gediş-dönüş təyyarə bileti, 1 illik pulsuz TÖMER Türk dili kursu və hər ay sabit nəğd təqaüd verir.

Maliyyə Təminatı

Azərbaycan vətəndaşlarının Türkiyədə təhsil almaq üçün əvvəlcədən Tələbə Vizası almasına ehtiyac yoxdur. Tələbələr ölkəyə vizasız daxil olur və universitet qeydiyyatını tamamladıqdan sonra Türkiyə Miqrasiya İdarəsindən (Göç İdaresi) "Tələbə Yaşama İcazəsi" (Öğrenci İkamet İzni) alırlar. Digər Avropa ölkələrindən fərqli olaraq, Türkiyədə (istər dövlət, istərsə də özəl universitetlərdə) bank hesabında minlərlə dollar vəsaitin göstərilməsi kimi ağır maliyyə tələbləri yoxdur.

İş İmkanları

Qanunvericiliyə görə, Magistr və PhD tələbələri asanlıqla rəsmi iş icazəsi alaraq işləyə bilərlər. Bakalavr tələbələri üçün kampus xarici iş icazələri çətindir, lakin kampus daxilində (kitabxana, asistentlik) part-time iş imkanları genişdir.

Müraciət Tarixləri

Özəl universitetlərdə qəbullar olduqca erkən (Yanvar-Fevral) aylarından başlayıb Sentyabrın ortalarına qədər rahat davam edir. Dövlət universitetləri üçün YÖS və 'Türkiye Bursları' qeydiyyatları isə əsasən Yanvar-Mart ayları arasında aparılır.

Sənədləşmə Prosesinə Başlayaq?

Bu ölkə üçün lazım olan bütün sənədlərin toplanması və viza prosedurunu peşəkarlara həvalə edin.

Tez-tez Verilən Suallar (FAQ)

Türkiyədə dövlət və özəl universitetlərin diplom fərqi və Azərbaycanda tanınması (nostrifikasiya) məsələsi necədir?

Hər iki növ universitet qanuni olaraq YÖK tərəfindən təsdiqlənir. Reytinqli olduqları təqdirdə həm Azərbaycanda rəsmi nostrifikasiyadan asanlıqla keçirlər, həm də qlobal miqyasda tam eyni hüquqi qüvvəyə malikdirlər.

Çox nadir hallarda və reytinqi nisbətən aşağı olan bəzi kiçik Anadolu dövlət universitetləri qəbul edir. Lakin İstanbul, Ankara, İzmir kimi şəhərlərdəki prestijli dövlət universitetləri mütləq TR-YÖS və ya SAT tələb edir.

Bəli, hər bir beynəlxalq tələbə oturum izni (İkamet) almaq və vizasını rəsmiləşdirmək üçün qanuni olaraq ya dövlət sığortası (GSS), ya da təsdiqlənmiş özəl tibbi sığorta paketi etdirməlidir.

TR-YÖS Türkiyə daxili dövlət universitetləri tərəfindən tanınan, əsasən riyaziyyat və məntiq ağırlıqlı standartlaşdırılmış imtahandır. SAT isə qlobaldır (İngilis dili və Riyaziyyat hissəsindən ibarətdir) və təkcə Türkiyə deyil, dünya universitetlərində keçərlidir.

Dövlətə məxsus KYK yataqxanalarına beynəlxalq tələbələrin düşmə ehtimalı (əgər Türkiyə Bursları təqaüdçüsü deyillərsə) olduqca aşağıdır. Buna görə də tələbələr çox vaxt şəxsi büdcələri ilə özəl tələbə yurdlarında (yataqxanalarında) və ya kirayə evlərdə qalırlar.

Bəli, böyük şəhərlərdə (xüsusən İstanbulda) miqrasiya idarəsinin (Göç İdaresi) sıxlığı səbəbindən randevular aylarla gecikə bilir. Ancaq siz ölkəyə daxil olub müraciətinizi sistemə vurduğunuz an, randevu gününə qədər ölkədə qanuni (qaçaq olmadan) qalmış sayılırsınız.

İlkin mərhələni (sənəd seçimini) keçənlər səfirlikdə 15-20 dəqiqəlik üzbəüz müsahibəyə dəvət olunur. Burada sizin akademik bilikləriniz, ixtisasınız üzrə baxış bucağınız, liderlik potensialınız və Türkiyə ilə bağlı fərdi motivasiyanız psixoloji olaraq analiz edilir.

TÖMER (Türkçe Öğretim Merkezi) xaricilərə Türk dilini öyrədən mərkəzdir. Əgər dərsləri Türk dilində olan bir proqrama qəbul olmusunuzsa, qəbuldan sonra sizə C1 səviyyəsinə qədər Türk dilini mükəmməlləşdirmək üçün 1 illik universitet daxili hazırlıq kursu təyin olunur.

Təqaüd proqramı tələbənin Türkiyəyə ilk gəlişi üçün və təhsilini tam uğurla bitirib ölkəsinə qayıdışı üçün olan 2 ədəd uçuş biletinin pulunu 100% qarşılayır. Biletlər ya birbaşa YTB tərəfindən alınır, ya da tələbəyə biletin məbləği rəsmi olaraq sonradan geri ödənilir.

Xeyr. Mavi Kart yalnız doğuşdan Türk vətəndaşı olub sonradan öz istəyi ilə vətəndaşlıqdan çıxan şəxslərə verilir. Azərbaycanlı və digər beynəlxalq tələbələr Türkiyədə əcnəbi olaraq İkamet İzni (Yabancı Kimlik Numarası – 99 ilə başlayan) ilə tam qanuni yaşayırlar.

Sürətli faktlar

Təhsil Müddəti

Bakalavr adətən 4 il, Magistratura təhsili tezisli 2 il, tezissiz isə 1-1.5, Tibb təhsili 6 il, Diş həkimliyi isə 5 ildir

Tədris Dili

100% ingilis dilində proqramlar mövcuddur. Dövlət universitetlərində əsasən Türk dilindədir

İllik Təhsil Haqqı

Dövlət universitetlərində illik 500$ - 3,000$, Vəqf (Özəl) universitetlərində 3,000$ - 25,000$

Aylıq Yaşam Xərci

Aylıq 400$ - 650$

Viza Tələbləri

Viza tələbi yoxdur

Maliyyə Təminatı

Maliyyə tələbləri yoxdur

Müraciət Tarixləri

Yanvar - Avqust ayları