Fransa Təhsil Bələdçisi

Dəbdəbənin, incəsənətin, həmçinin qabaqcıl aviasiya və mühəndisliyin mərkəzi olan Fransa, dövlət subsidiyalı təhsil sistemi ilə yüksək reytinqli diplomları çox kiçik büdcələrlə təqdim edir. Unikal dövlət mənzil yardımı (CAF) və zəngin karyera şəbəkəsi sizi gözləyir.

Niyə Məhz Bu Ölkə ?

Dövlət universitetlərində inanılmaz dərəcədə aşağı illik rüsumlar (Bakalavr ~2770€), tələbələr üçün mənzil kirayəsinin bir hissəsini dövlət tərəfindən ödəyən unikal CAF (Caisse d'Allocations Familiales) sistemi və zəngin mədəni mühit Fransada təhsil almanın üstünlüyünü ortaya çıxarır.

Universitet Növləri

Kütləvi və çox ucuz təhsil verən Dövlət Universitetləri (Universités) ilə yanaşı, xüsusi rəqabətli qəbul imtahanı olan, ölkənin biznes və mühəndislik elitasını yetişdirən prestijli 'Grandes Écoles' fəaliyyət göstərir.

Təhsil Müddəti

Bakalavr pilləsi (Fransızca 'Licence' adlanır) təməl olaraq 3 il davam edir. Magistratura pilləsi (Master 1 və Master 2 olaraq iki ilə bölünür) isə 2 ildir.

Tədris Dili

Bakalavr pilləsində əsas dövlət proqramları Fransız dilində (min. B2) tədris edilir. Lakin Magistratura pilləsində və xüsusən də 'Grandes Écoles' biznes məktəblərində proqramlar 100% ingilis dilindədir.

İllik təhsil haqqı

Dövlət ali məktəblərində rüsumlar qismən subsidiyalaşdırılıb: Bakalavr illik 2770€, Magistratura 3770€. Özəl 'Grandes Écoles' (Biznes və Mühəndislik məktəbləri) isə illik 8,000€ ilə 15,000€ arasında rüsum tələb edir.

Qəbul və Dil Şərtləri

Akademik tələblər

Fransa ali təhsilinə (Campus France sistemi vasitəsilə) 11 illik attestatla birbaşa qəbul nadir hallarda verilir. Çox vaxt tələbədən ölkəsində 1 il universitet oxuması və ya Fransada 1 illik xüsusi hazırlıq kursu keçməsi tələb olunur.

 Dil Şərtləri:

Dövlət universitetlərində fransız dilli proqramlar üçün rəsmi TCF, DELF və ya DALF imtahanlarından B2 və bəzi hallarda C1 sertifikatı mütləqdir. İngilis dilli 'Grandes Écoles' və ya özəl biznes məktəbləri üçün isə standart IELTS 6.0/6.5 balı tələb edilir.

 Tələb Olunan Sənədlər:

Unutmayaq ki, hər bir universitet və ixtisasdan asılı olaraq əlavə və fərqli sənəd tələb oluna bilər. Bunu dəqiqləşdirmək və sənədləşmə prosedurunun doğru aparılması üçün komandamıza müraciət edə bilərsiniz.

Aylıq Yaşam Xərcləri

Paris, Lyon və Marsel kimi böyük şəhərlərdə aylıq xərclər 1000€ - 1500€ ətrafında ola bilər. Lakin tələbələrə verilən dövlət mənzil yardımı (CAF) və CROUS yataqxanaları hesabına digər bölgələrdə aylıq xərc 700€ - 900€-a qədər düşür.

Dövlət təqaüdləri və əhatəsi

Xarici İşlər Nazirliyi tərəfindən idarə olunan və ən istedadlı xarici magistr/PhD tələbələrinə verilən 'Eiffel Excellence Scholarship', Campus France daxili qrantları və regional bələdiyyə təqaüdləri. Eiffel təqaüdü magistrantlar üçün aylıq təxminən 1181€, doktorantlar üçün isə 1700€ nəğd ödəniş, beynəlxalq təyyarə bileti, sığorta və mədəni tədbirlərə pulsuz biletlər təmin edir. Dövlət təhsil haqqını isə təmənnasız edir.

Maliyyə Təminatı

Viza üçün bank hesabında aylıq 615 Avro (illik təxminən 7380 Avro) xərci qarşılayacaq qədər vəsaitin olması şərtdir. Əgər Fransada kimsə sizə pulsuz qalmaq üçün yer verirsə, bu rəqəm iki dəfəyə qədər azaldıla bilər.

Unutmayaq ki, bu rəqəm mütəmadi olaraq dəyişə bilər. Bunu dəqiqləşdirmək və sənədləşmə prosedurunun doğru aparılması üçün komandamıza müraciət edə bilərsiniz.

İş İmkanları

Fransa qanunvericiliyi beynəlxalq tələbələrə illik 964 saat (bu, həftədə təxminən 20 saata və ya 60% full-time-a bərabərdir) işləmək hüququ verir. Master (Magistr) məzunları isə təhsildən sonra 1 illik APS iş axtarma vizası əldə edirlər.

Müraciət Tarixləri

Dövlət universitetləri üçün mərkəzləşdirilmiş 'Campus France' müraciətləri adətən Oktyabr ayında başlayır və Dekabr-Yanvar aylarında bitir. Özəl 'Grandes Écoles' isə öz daxili cədvəlləri ilə Aprel-May aylarına qədər qəbul apara bilər.

Sənədləşmə Prosesinə Başlayaq?

Bu ölkə üçün lazım olan bütün sənədlərin toplanması və viza prosedurunu peşəkarlara həvalə edin.

Tez-tez Verilən Suallar (FAQ)

Fransada CAF (Caisse d'Allocations Familiales) mənzil yardımı nədir və mənə şamil edilir?

Bəli, Fransada oxuyan əcnəbi tələbələr də daxil olmaqla, CAF dövlət qurumu tələbələrin aylıq ev/yataqxana kirayəsinin böyük bir hissəsini (bəzən 30-40%) geri ödəyərək tələbələrə unikal maliyyə yardımı göstərir.

CVEC (Tələbə və Kampus Həyatı Katqısı) hər bir tələbənin illik ödəməli olduğu (təxminən 100 Avro) dövlət rüsumudur. Bu rüsum tələbə şəhərciklərində idman, mədəniyyət və səhiyyə xidmətlərini inkişaf etdirmək üçün istifadə olunur.

Dövlət universitetlərinə qəbul asandır, tələbə sayı çoxdur və rüsum ucuzdur. Grandes Écoles isə ölkənin elitasını yetişdirən, qəbulu çox çətin olan, reytinqli və korporativ şirkətlərlə birbaşa işləyən yüksək ödənişli prestijli institutlardır.

Bəli, xüsusən ‘Grandes Écoles’ və magistratura proqramlarında ‘Alternance’ (Tədris və Təcrübənin birgə gedişi) çox məşhurdur. Belə olanda şirkət sizin təhsil haqqınızı ödəyir və sizə tələbə kimi yox, işçi kimi rəsmi maaş verir.

Fransada tələbələrin işlədiyi part-time işlər üçün qanuni minimum saatlıq əmək haqqı (SMIC) brüt olaraq təxminən 11.65 Avrodur. Bu məbləğdən vergi çıxıldıqdan sonra tələbənin əlinə net olaraq saatda 9-10 Avro keçir.

 Xeyr, olduqca rəqabətlidir. CROUS (dövlət tələbə servisi) yataqxanaları çox ucuz (aylıq 200-400€) olduğu üçün yerlər dərhal dolur. Beynəlxalq tələbələr, xüsusilə də dövlət təqaüdçüləri müraciət etdikdə digərlərinə nisbətən daha öncəlikli sayılırlar.

Əgər Fransada ‘Classes Préparatoires’ (2 illik çox çətin hazırlıq) oxumamısınızsa, beynəlxalq tələbələr üçün xüsusi ‘Concours’ adlı giriş imtahanları və ya dosye üzərindən çox sərt qiymətləndirmə + müsahibə prosesi həyata keçirilir.

APS (Autorisation Provisoire de Séjour) magistraturanı bitirən tələbələrə 1 il (bəzi ölkələr üçün 2 il) ölkədə qalıb ixtisas üzrə iş axtarmaq imkanı verir. Fransız dilini (min B2) mükəmməl bilənlər üçün, xüsusən İT, Mühəndislik və Maliyyə sahələrində iş tapmaq şansı çox yüksəkdir.

Universitetlərin çoxu (Bakalavr üçün) minimum B2 səviyyəsi tələb edir, lakin Magistratura, Hüquq və Humanitar fənlər üçün adətən C1 mütləqdir. TCF 2 illik etibarlılığı olan testdir, DELF/DALF sertifikatları isə ömürlük etibarlıdır və akademiyada daha çox hörmətə malikdir.

Fransaya çatdıqda mütləq bir ünvana qeydiyyata düşməlisiniz (Justificatif de domicile). Bu sənəd və pasportunuzla yerli banklara (Societe Generale, BNP Paribas) müraciət edib hesab açırsınız. Telefon nömrəsi almaq üçünsə əsasən bank kartınızın (RIB sənədinin) olması tələb edilir.

Sürətli faktlar

Təhsil Müddəti

Bakalavr adətən 3 il, Magistratura təhsili isə 1-2 il davam edir.

Tədris Dili

100% ingilis dilində proqramlar mövcuddur.

İllik Təhsil Haqqı

2700€ - 15000€

Aylıq Yaşam Xərci

Aylıq 700€ - 1500€

Viza Tələbləri

Milli Tələbə Vizası

Maliyyə Təminatı

min 8000€

Müraciət Tarixləri

Oktyabr - Yanvar