Bəzi universitetlər universitetdən alınmış ‘Medium of Instruction’ (Tədris dili ingiliscədir) arayışını qəbul etsə də, zəmanətli qəbul və xüsusən viza təsdiqi üçün mütləq IELTS və ya ekvivalent sertifikat tövsiyə olunur.
Ailə gəlir sənədləriniz qanuni tələblərə tam uyğun olduqda və vaxtında müraciət edildikdə, təqaüd almaq şansınız çox yüksəkdir. Bu təqaüd təhsil haqqını və yataqxana xərclərini qarşılayır, və aylıq cib xərci (stipendiya) təmin edir.
İtaliya ali təhsilinə başlamaq üçün qanuni tələb olan 12 illik təhsil boşluğunu doldurmaq məqsədilə, yalnız 11 illik Azərbaycan attestatı olan tələbələr üçün universitetlərin öz daxilində təşkil olunan 1 illik akademik və dil hazırlıq kursudur.
Bəli, dövlət universitetlərində ingilis dilində tibb oxumaq üçün mütləq beynəlxalq səviyyəli IMAT (International Medical Admissions Test) imtahanı verilməlidir. Bu, rəqabəti yüksək, biologia/kimya əsaslı çox ciddi bir imtahandır.
TOLC imtahanları universitetə qəbul üçün rəsmi onlayn testlərdir (TOLC-E biznes üçün, TOLC-I mühəndislik üçün və s.). Əksər reytinqli dövlət universitetlərində ingilisdilli bakalavr proqramlarına birbaşa qəbul məhz bu imtahan balı ilə aparılır.
Codice Fiscale sizin fərdi vergi nömrənizdir və onsuz İtaliyada nə ev kirayələmək, nə bank hesabı açmaq, nə də telefon nömrəsi almaq mümkündür. Viza aldıqdan sonra ölkənizdəki İtaliya səfirliyindən və ya İtaliyaya çatdıqda ‘Agenzia delle Entrate’ ofisindən pulsuz alınır.
Xüsusilə turistik şəhərlərdə (Milan, Roma, Venesiya, Florensiya) yalnız ingiliscə bilməklə restoranlarda, hotellərdə və beynəlxalq tədbirlərdə iş tapmaq olar. Lakin yerli kafelərdə və ofis işlərində minimum A2/B1 səviyyəsində italyanca qəti şəkildə tələb olunur.
DSU təqaüdünə müraciət etdiyiniz zaman siz həm də yataqxana üçün eyni onlayn portaldan müraciət edirsiniz. Əgər yataqxanalarda yer dolarsa, o zaman İtaliya dövləti (bələdiyyə) yataqxana əvəzinə sizin hesabınıza ev kirayələmək üçün əlavə pul köçürür.
İtaliyaya gələn tələbələr dərhal 8 gün ərzində oturum izninə tələbə üçün müvəqqəti yaşam icazəsinə (Permesso di Soggiorno) müraciət etməlidir. Bürokratik səbəblərdən bu sənədin hazır olması aylarla çəkə bilər, ancaq müraciət qəbziniz (Ricevuta) əlinizdə olduğu müddətcə ölkədə tam qanuni yaşayırsınız.
Əksər hallarda xeyr. Rəsmi İtaliya bank hesabı (məsələn, Intesa Sanpaolo, UniCredit) açmaq üçün siz şəxsən bank şöbəsinə yaxınlaşmalı, Pasportunuzu, İtaliya Vergi Nömrəsini (Codice Fiscale) və yerli Universitet qəbul məktubunuzu mütləq fiziki olaraq təqdim etməlisiniz.
Şengen ərazisinə daxil olan ölkələrə birmənalı olaraq səyahət etməyiniz hüquqi olaraq qadağandır. Ricevuta (qəbz), sizin öz ölkənizə birbaşa səyahət etmənizi rahatlaşdırır.
Qeyd : Passportunuzun vizasız giriş icazə verdiyi ölkələrə səyahət etmə imkanınız var. Səyahətinizi planlamadan əvvəl Questura ilə əlaqə saxlamağınız, hətta mail yolu ilə cavab almanızı məsləhət görürük.
Bəli
Xaricdə təhsil xəyallarınızı gerçəkləşdirən qlobal təhsil və karyera agentliyi. Peşəkar yanaşma, mütləq şəffaflıq.
Təhsil dünyasında baş verən yeniliklərdən, Təqaüd proqramlarından və karyera fürsətlərindən xəbərdar olmaq üçün abunə olun.
©2026. econelli