Estoniya Təhsil Bələdçisi

Baltik dənizi sahilində yerləşən və 'e-Estonia' modeli ilə dünyanın ən qabaqcıl rəqəmsal cəmiyyəti sayılan Estoniya, startap mühiti, sürətli İT inkişafı və ultra-təhlükəsiz atmosferi ilə gənc beyinləri cəlb edir. Elektron səsvermədən tutmuş e-rezidentliyə qədər texnoloji yenilikləri ilə seçilən bu ölkədə, təhsil xərclərinin Qərbi Avropaya nisbətən çox daha sərfəli olması və bürokratiyanın olmaması beynəlxalq tələbələr üçün inanılmaz dərəcədə əlverişli şərait yaradır.

Niyə Məhz Bu Ölkə ?

Tam rəqəmsallaşmış və bürokratiyasız innovativ cəmiyyət; Skype, Bolt, Wise kimi nəhənglərin formalaşdırdığı bənzərsiz startap ekosistemi; çox əlçatan təhsil və yaşayış xərcləri. Həmçinin ingilis dilində yüksək keyfiyyətli proqramlar və təhsildən sonra iş axtarmaq üçün heç bir şərtsiz 9 aylıq viza uzadılması hüququ mühüm üstünlüklərdir.

Universitet Növləri

Beynəlxalq reytinqlərdə yer alan klassik Dövlət Universitetləri (Tartu Universiteti əsasən nəzəri və fundamental elmlər, TalTech isə mühəndislik və İT üzrə liderdir) və ixtisaslaşmış Tətbiqi Elmlər (Applied Sciences) ali təhsil müəssisələri.

Təhsil Müddəti

Bakalavr dərəcəsi proqramdan asılı olaraq əsasən 3 il (bəzi mühəndislik proqramlarında 4 il). Magistratura proqramları ixtisasa uyğun olaraq 1 və ya 2 il. Doktorantura (PhD) isə standart olaraq 4 il davam edir.

Tədris Dili

Eston və İngilis dilləri. Ölkədə rəqəmsallaşma ilə yanaşı, beynəlmiləlləşməyə də böyük önəm verildiyi üçün beynəlxalq tələbələr üçün ingilis dilində tam tədris olunan 100-dən çox müxtəlif bakalavr, magistr və PhD dərəcə proqramı təklif edilir.

İllik təhsil haqqı

İngilis dilində tədris olunan proqramlar üçün illik təhsil haqqı əsasən 3,000 - 6,000 EUR arasında dəyişir (Tibb və səhiyyə proqramları daha bahadır - təxminən 12,000 EUR). İT və bəzi mühəndislik proqramlarında "Tuition-waiver" (ödənişsiz) yerlərin sayı kifayət qədər çoxdur.

Qəbul və Dil Şərtləri

Akademik tələblər

Bakalavr üçün orta təhsil attestatı (əksər hallarda universitet daxili onlayn riyaziyyat/məntiq testləri və motivasiya müsahibəsi aparılır). Magistratura üçün isə proqrama uyğun məzmunda tanınmış bakalavr dərəcəsi və yaxşı akademik ortalama (GPA) vacibdir.

 Dil Şərtləri:

Bütün ingilis dilli proqramlar üçün ümumi beynəlxalq standart: IELTS Akademik və ya TOEFL iBT qəbul edir. Bəzi xüsusi universitet proqramları Duolingo sertifikatını da rəsmi olaraq qəbul edir.

 Tələb Olunan Sənədlər:

Aylıq Yaşam Xərcləri

Estoniya Şimali Avropada ən sərfəli yaşayış indeksinə malikdir. Yataqxana və ya ortaq kirayə, qida, nəqliyyat və kommunal xərclər daxil olmaqla bir tələbənin aylıq minimum xərci təxminən 500 - 800 EUR təşkil edir. İctimai nəqliyyat isə Tallinn sakinləri üçün tamamilə pulsuzdur.

Dövlət təqaüdləri və əhatəsi

Dövlət səviyyəsində Estoniya hökumətinin xüsusi DORA Plus təqaüdləri və Xarici İşlər Nazirliyinin (MFA) təqaüdləri var. Ən geniş yayılanı isə universitetlərin yüksək bal toplayan tələbələrə verdiyi 'Tuition-waiver' (təhsil haqqından tam azad olunma) qrantlarıdır.

Tuition-waiver qazanan tələbə bütün təhsil müddəti (məsələn 3 il) ərzində təhsil haqqını ödəməkdən tam azad olunur. Xüsusi dövlət təqaüdləri (DORA və ya MFA) isə əlavə olaraq aylıq 350-400 EUR civarında yaşam xərci stependiyası da təmin edə bilər.

Maliyyə Təminatı

Viza (TRP) üçün müraciət edərkən 1 illik yaşayış xərclərini (dövlət tərəfindən müəyyən edilmiş aylıq minimum qanuni yaşayış məbləği əsasında) qarşılaya biləcək qədər vəsaitin sizin hesabınızda və ya sponsorun (valideynin) hesabında olduğunu göstərən bank çıxarışı tələb olunur.

Dondurulmuş Hesab Tələb Olunmur: ABŞ və ya Böyük Britaniyadan fərqli olaraq, sizdən bütün 1, 2 və ya 3 illik təhsil dövrünüzün tam məbləğini əvvəlcədən dondurub göstərmək tələb olunmur. Əsas məsələ odur ki, TRP müraciətindən əvvəlki son 6 ay ərzində mütəmadi olaraq sizin (və ya valideyninizin) həmin məbləği (aylıq minimum 880 Avro) qarşılaya biləcək qanuni gəlirinin olduğunu sübut edəsiniz.

Əgər valideynləriniz (sponsorunuz) sizi maliyyələşdirəcəksə, onların bank çıxarışı və iş yerindən rəsmi gəlir/maaş arayışı mütləq təqdim edilməlidir. Gəlirin mənşəyi (qanuniliyi) ciddi yoxlanılır.

Estoniya dövlətindən, universitetdən (məsələn, aylıq stependiya ilə birlikdə verilən) və ya başqa rəsmi mənbədən təqaüd qazanmısınızsa və həmin təqaüdün miqdarı tələb olunan aylıq məbləği tam və ya qismən qarşılayırsa, qəbul/təqaüd məktubunu da qanuni gəlir sübutu kimi təqdim edə bilərsiniz.

Unutmayaq ki, hər il bu məbləğ müəyyən qədər dəyişə bilər. Bunu dəqiqləşdirmək və sənədləşmə prosedurunun doğru aparılması üçün komandamıza müraciət edin.

İş İmkanları

Beynəlxalq tələbələr Estoniyada oxuduqları müddətdə akademik dərslərinə (kreditlərin toplanmasına) mane olmamaq şərtilə hər hansı xüsusi iş icazəsi almadan limitsiz şəkildə part-time və ya full-time işləyə bilərlər. Məzun olduqdan sonra isə iş axtarmaq üçün viza 9 ay uzadılır.

Müraciət Tarixləri

Estoniya universitetlərində mərkəzləşdirilmiş DreamApply sistemi vasitəsilə qəbul prosesi əsasən yanvar ayının əvvəlində başlayır. Universitet və proqramın növündən asılı olaraq müraciət son tarixləri martın ortasından aprelin ortasına qədər davam edir.

Sənədləşmə Prosesinə Başlayaq?

Bu ölkə üçün lazım olan bütün sənədlərin toplanması və viza prosedurunu peşəkarlara həvalə edin.

Tez-tez Verilən Suallar (FAQ)

Estoniyada İT oxumaq doğrudanmı üstünlükdür?

Bəli. Skype, Bolt, TransferWise (Wise) kimi qlobal şirkətlərin yarandığı ölkə olaraq Estoniya güclü İT təhsili və startap imkanları təqdim edir.

Əksər proqramlar ödənişlidir, lakin xüsusilə İT və bəzi mühəndislik ixtisaslarında yüksək nəticə göstərən tələbələrə ‘Tuition-waiver’ verilir və təhsil tamamilə pulsuz olur.

Əksər proqramlar qiymətləndirmənin bir hissəsi kimi onlayn müsahibə təşkil edir. Burada sizin motivasiyanız və dil biliyiniz yoxlanılır.

Bəli, Estoniya Şengen zonasına daxildir və TRP ilə vizasız səyahət mümkündür.

Bəli, xüsusilə İT, biznes analitikası və mühəndislik sahələrində iş imkanları çox genişdir. Sizə iş axtarmaq üçün əlavə 9 ay vaxt verilir.

Universitet yataqxanaları çox müasir və münasib qiymətlidir (aylıq 150-200 EUR), lakin yerlər məhdud olduğundan tez müraciət etmək lazımdır.

Məcbur deyil, amma yerli mədəniyyətə inteqrasiya və daha geniş iş imkanları üçün baza səviyyəsində öyrənmək çox faydalıdır.

Əksər proqramlar üçün tələb olunmur, lakin bəzi ixtisaslaşmış proqramlar (məsələn, MBA) üçün iş təcrübəsi arzuolunandır.

Çox önəmlidir. Təqaüd (tuition waiver) bölgüsü birbaşa sizin əvvəlki təhsil pilləsindəki GPA-yə və müsahibə nəticənizə əsaslanır.

Sürətli faktlar

Təhsil Müddəti

İxtisasdan asılı olaraq Bakalavr adətən 3-4 il, Magistratura isə 1-2 il davam edir

Tədris Dili

100% ingilis dilində proqramlar mövcuddur

İllik Təhsil Haqqı

Dövlət universitetlərində 3000€ - 6000€, Tibb və səhiyyə proqramları - 12000€

Aylıq Yaşam Xərci

Aylıq 500€ - 800€ xərc tələb olunur

Viza Tələbləri

D kateqoriyalı Milli Tələbə Vizası

Maliyyə Təminatı

Təhsil haqqından əlavə 6000€-7000€

Müraciət Tarixləri

Qıs semestri üçün: Yanvar - Mart