Böyük Britaniya Təhsil Bələdçisi

Oksford, Kembric və Russell Group ənənələri, bütün dünyada sözsüz tanınan prestijli diplomlar və ingilis dilinin doğma vətənində xəyallarınızdakı akademik pilləyə addım atın. Böyük Britaniya intensiv proqramları ilə təhsil müddətini qısaldır və məzundan dərhal sonra karyeraya başlamağa imkan verir.

Niyə Məhz Bu Ölkə ?

Qlobal əmək bazarında sözsüz qəbul edilən reytinq, intensiv tədris sayəsində magistraturanın 1 il olması ilə həm zamana, həm də yaşam xərclərinə qənaət. Məzundan sonra heç bir işəgötürən olmadan 2 illik qalma (Graduate Route) icazəsi.

Universitet Növləri

Qədim tarixli və nüfuzlu tədqiqat mərkəzləri olan 'Russell Group' universitetləri (Oksford, Kembric, UCL, Imperial və s.) və daha müasir, əmək bazarına spesifik peşəkar kadrlar yetişdirən Modern universitetlər və kolleclər.

Təhsil Müddəti

Avropadan fərqlənən tərəfi intensiklikdir. Bakalavr dərəcəsi adətən 3 il (Şotlandiyada 4 il) çəkir. Magistratura isə intensiv formada sadəcə 1 il (12 ay) davam edir və dərhal əmək bazarına buraxır.

Tədris Dili

Tədris təbii ki 100% İngilis dilində aparılır. Bu ölkədə oxumağın ən böyük avantajı dərslərdən kənar da (market, küçə, cəmiyyət) akademik və təmiz ingilis dilinin içində yaşayaraq qüsursuz dil bacarıqlarına sahib olmaqdır.

İllik təhsil haqqı

Böyük Britaniyada beynəlxalq tələbələr üçün təhsil haqları büdcəli deyil. Universitetin reytinqinə və şəhərə görə illik təhsil haqqı ortalama 15,000£ ilə 35,000£ arasında dəyişir. Tibb və bəzi mühəndislik ixtisasları isə daha bahalı ola bilər.

Qəbul və Dil Şərtləri

Akademik tələblər

Böyük Britaniyada da 12 illik təhsil sistemi keçərlidir. 11 illik attestatla birbaşa bakalavr qəbulu demək olar ki, yoxdur. Tələbələr mütləq 1 illik 'Foundation' proqramını keçib sonra 1-ci kursa başlamalıdırlar. Magistr üçün diplom və 65+ GPA kifayətdir.

 Dil Şərtləri:

Britaniya miqrasiya qaydalarına əsasən, viza almaq üçün mütləq 'IELTS UKVI' növü tələb olunur (Standart IELTS deyil). Bakalavr və Foundation proqramları üçün minimum 5.5 - 6.0, Magistratura proqramları üçün isə minimum 6.5 (və ya 7.0) tələb edilir.

 Tələb Olunan Sənədlər:

Unutmayaq ki, hər bir universitet və ixtisasdan asılı olaraq əlavə və fərqli sənəd tələb oluna bilər. Bunu dəqiqləşdirmək və sənədləşmə prosedurunun doğru aparılması üçün komandamıza müraciət edə bilərsiniz.

Aylıq Yaşam Xərcləri

London daxilində (Inside London) nəqliyyat və kirayə çox baha olduğu üçün aylıq yaşayış xərcləri minimum ~1334£ (viza standartı) hesablanır. London xaricindəki (Outside London) şəhərlərdə isə bu məbləğ nisbətən aşağı, aylıq ~1023£ civarındadır.

Dövlət təqaüdləri və əhatəsi

Magistratura tələbələri üçün Britaniya hökumətinin maliyyələşdirdiyi tam ödənişli məşhur 'Chevening' Təqaüdü, Britaniya Konsulluğunun dəstəklədiyi 'GREAT Scholarships' və Birbirləşmiş Millətlər (Commonwealth) təqaüdləri.

Chevening təqaüdü 1 illik magistr təhsilinin bütün rüsumunu (100% tuition fee), London daxili və ya xarici standartlarına uyğun aylıq yaşam xərclərini, gediş-gəliş biletlərini və viza/səhiyyə (NHS) rüsumlarını tam qarşılayır.

Maliyyə Təminatı

Blok hesab sistemi yoxdur. Universitetin 1 illik qalıq təhsil haqqı + London və ya London xarici meyarlarına uyğun olaraq 9 aylıq yaşam xərci məbləği müraciətdən öncə tələbənin/valideynin rəsmi bank hesabında düz 28 gün toxunulmaz qalmalıdır.

Unutmayaq ki, bu meyarlar mütəmadi olaraq dəyişə bilər. Bunu dəqiqləşdirmək və sənədləşmə prosedurunun doğru aparılması üçün komandamıza müraciət edə bilərsiniz.

İş İmkanları

Tələbə vizası ilə həftədə 20 saat part-time qanunidir. Britaniyanın əsas üstünlüyü: Məzun olduqdan sonra 'Graduate Route' vizası ilə heç bir işəgötürən (sponsor) olmadan mütləq 2 il müddətinə tamştatlı işləmək və qalmaq hüququ verilir.

Müraciət Tarixləri

Sentyabr qəbulu üçün mərkəzləşdirilmiş UCAS portalı vasitəsilə müraciətlərin ilk dalğası Yanvar ayının sonunda bitir. Lakin universitetlərin bir çoxunda fərdi və beynəlxalq müraciətlər İyul-Avqust aylarına qədər açıq qalır.

Sənədləşmə Prosesinə Başlayaq?

Bu ölkə üçün lazım olan bütün sənədlərin toplanması və viza prosedurunu peşəkarlara həvalə edin.

Tez-tez Verilən Suallar (FAQ)

Magistratura proqramlarının Böyük Britaniyada həqiqətən 1 il olması mənfidirmi?

Xeyr, tam əksinə. Britaniya təhsil sistemi intensiv, praktiki və tətbiq yönümlü qurulub. Tələbələr vaxta və yaşayış xərclərinə qənaət edərək dünya miqyasında tanınan eyni dərəcəli diplomu daha tez alıb karyeraya başlayırlar.

İmtahanın məzmunu, sualları və çətinlik səviyyəsi tamamilə eynidir; yeganə fərq UKVI imtahanının Britaniya Daxili İşlər Nazirliyi tərəfindən xüsusi kameralı və rəsmi təsdiqlənmiş test mərkəzlərində verilməsidir ki, viza məmurları yalnız bunu qəbul edir.

 Əgər sizin beynəlxalq səviyyəli IB (International Baccalaureate), A-Level və ya AP (Advanced Placement) diplomunuz yoxdursa, təkcə Azərbaycanın 11 illik attestat sistemi ilə Britaniyada bakalavra başlamaq üçün Foundation mütləqdir.

Bəli, tələbə vizası alarkən hər akademik il üçün rəsmi İcbari Sağlamlıq Sığortası (Immigration Health Surcharge – IHS) rüsumunu tam şəkildə əvvəlcədən onlayn olaraq ödəmək məcburidir.

Qətiyyən yox. CAS (Confirmation of Acceptance for Studies) universitet tərəfindən sizə verilən rəsmi elektron nömrədir. Bu nömrə olmadan tələbə vizasına müraciət etmək hüquqi cəhətdən qeyri-mümkündür.at oxumağı seçir.

2024-cü ildən etibarən qaydalar sərtləşib. Artıq standart Magistratura və Bakalavr tələbələri özləri ilə həyat yoldaşı və ya uşaqlarını gətirə bilməzlər. Bu hüquq yalnız PhD (Doktorantura) və yüksək tədqiqat əsaslı magistr proqramlarında oxuyanlara aiddir.

NINo fərdi sosial sığorta və vergi nömrəsidir. Tələbə vizası ilə Britaniyaya gəldikdən sonra qanuni part-time işləmək, maaş almaq və vergiyə cəlb olunmaq üçün onlayn müraciət edərək və ya telefonla zəng edərək bu nömrəni pulsuz olaraq mütləq almalısınız.

Şəhərdən asılıdır. Londonda rəqabət böyükdür, lakin iş yeri çoxdur. Digər şəhərlərdə isə kafelərdə, restoranlarda, tədbirlərdə və ya universitet daxilində kitabxana/admin işlərində iş tapmaq beynəlxalq tələbələr üçün kifayət qədər yayılmış və asan təcrübədir.

Ən böyük fərq bakalavr təhsilinin müddətidir. İngiltərə, Uels və Şimali İrlandiyada bakalavr dərəcəsi 3 il davam edir, lakin Şotlandiyada (məsələn, Edinburq, Qlazqo universitetlərində) bakalavr dərəcəsi standart olaraq 4 ildir (ABŞ sisteminə bənzər).

Sürətli faktlar

Təhsil Müddəti

Bakalavr adətən 3 (Şotlandiya - 4) il, Magistratura təhsili 1-2 il davam edir.

Tədris Dili

100% ingilis dili

İllik Təhsil Haqqı

15,000£ - 35,000£

Aylıq Yaşam Xərci

1000£ - 1500£ ​

Viza Tələbləri

Milli Tələbə Vizası

Maliyyə Təminatı

1 illik qalıq təhsil haqqı + 9 aylıq yaşam xərci

Müraciət Tarixləri

Sentyabr - Yanvar
Bəzi universitetlər İyul ayına qədər davam edə bilir