Niderland Təhsil Bələdçisi

İnnovasiya, startap və mühəndisliyin qlobal habı olan Niderland, ən çox ingilisdilli proqrama sahib qeyri-ingilis ölkəsidir. Burada problem-based (praktiki) təhsil modeli ilə birbaşa qlobal şirkətlərə (ASML, Philips, Booking) mütəxəssis kimi yetişəcəksiniz.

Niyə Məhz Bu Ölkə ?

Əhalinin 95%-nin ingiliscə mükəmməl danışması, yerli dili öyrənmədən rahatlıqla karyera qurmaq imkanı. Nəzəriyyədən çox qrup layihələrinə (Problem-Based Learning) fokuslanan interaktiv tədris, məzun olduqda yüksək maaşlı startap/IT sferasına keçid.

Universitet Növləri

İki əsas qrup: Research Universities (WO - akademik, nəzəri tədqiqat mərkəzləri) və Universities of Applied Sciences (HBO - praktiki, məcburi şirkət stajı/təcrübəsi tələb edən tətbiqi elmlər ali məktəbləri).

Təhsil Müddəti

Araşdırma universitetlərində (WO) Bakalavr 3 il, Tətbiqi universitetlərdə (HBO) isə əlavə staj ili olduğuna görə 4 il çəkir. Magistratura pilləsi isə əsasən 1 il, bəzi spesifik tədqiqat sahələrində 2 il olur.

Tədris Dili

Avropada ingilis dilli proqramların ən geniş yayıldığı ölkədir. Holland dilini öyrənməyə ehtiyac yoxdur, mühəndislikdən psixologiyaya qədər hər bir proqram (təxminən 90%) mükəmməl səviyyədə ingiliscə tədris olunur.

İllik təhsil haqqı

Avropa İttifaqı (EU) vətəndaşı olmayan tələbələr üçün Niderlandda təhsil haqqı standartlara nisbətən yüksəkdir. Bakalavr və Magistratura proqramları üçün illik rüsumlar əsasən 8,000€ ilə 15,000€ arasında dəyişir.

Qəbul və Dil Şərtləri

Akademik tələblər

Niderlandın təhsil sistemi çox sərtdir. 11 illik attestatla YALNIZ Tətbiqi Universitetlərə (HBO) qəbul oluna bilərsiniz. Akademik (WO) universitetlər isə beynəlxalq IB, A-Level diplomu tələb edir; əgər yoxdursa mütləq 1 illik 'Foundation' proqramı oxumalısınız.

 Dil Şərtləri:

İngilis dili üçün olduqca kəskin IELTS (min. 6.0 və ya 6.5) və ya TOEFL tələbi var; Duolingo çox nadir hallarda qəbul olunur. Bundan əlavə, tətbiqi proqramlarda xüsusilə İT və mühəndislik ixtisasları üçün bəzən OMPT kimi rəsmi riyaziyyat imtahanlarından keçmək tələb oluna bilər.

 Tələb Olunan Sənədlər:

Aylıq Yaşam Xərcləri

Niderlandda ən böyük çətinlik Mənzil Böhranıdır (Housing Crisis). Tələbə otaqlarının (Room.nl vasitəsilə) tapılması çətindir və bahadır. Ümumilikdə kirayə, baha olan icbari sağlamlıq sığortası və qida daxil aylıq minimum 900€ - 1200€ vəsait lazımdır.

Dövlət təqaüdləri və əhatəsi

Dövlət səviyyəsində Estoniya hökumətinin xüsusi DORA Plus təqaüdləri və Xarici İşlər Nazirliyinin (MFA) təqaüdləri var. Ən geniş yayılanı isə universitetlərin yüksək bal toplayan tələbələrə verdiyi 'Tuition-waiver' (təhsil haqqından tam azad olunma) qrantlarıdır.

Tuition-waiver qazanan tələbə bütün təhsil müddəti (məsələn 3 il) ərzində təhsil haqqını ödəməkdən tam azad olunur. Xüsusi dövlət təqaüdləri (DORA və ya MFA) isə əlavə olaraq aylıq 350-400 EUR civarında yaşam xərci stependiyası da təmin edə bilər.

Maliyyə Təminatı

Niderlandın fərqi ondadır ki, bank hesabı səfirliyə yox, birbaşa universitetə göndərilir. İllik təhsil haqqı + illik yaşam xərci (minimum 12,000€) universitetin hesabına deposit kimi köçürülür və Niderlanda çatdıqda yerli hesabınıza geri qaytarılır.

Unutmayaq ki, hər il bu məbləğ müəyyən qədər dəyişə bilər. Bunu dəqiqləşdirmək və sənədləşmə prosedurunun doğru aparılması üçün komandamıza müraciət edin.

İş İmkanları

İşəgötürən sizin adınıza rəsmi UWV icazəsi almaq şərti ilə siz həftədə maksimum 16 saat və ya yay aylarında tam ştat (full-time) işləyə bilərsiniz. Məzundan sonra isə sizə hər hansı şirkət məhdudiyyəti olmadan işləmək üçün 1 illik 'Zoekjaar' (Orientation Year) vizası verilir.

Müraciət Tarixləri

Araşdırma universitetləri və Numerus Fixus (Kvotalı: Tibb, Psixologiya) ixtisasları üçün deadline adətən 15 Yanvardır. Digər standart ingilisdilli mühəndislik və biznes ixtisasları üçün müraciətlər 1 May və ya 1 İyuna qədər davam edir.

Sənədləşmə Prosesinə Başlayaq?

Bu ölkə üçün lazım olan bütün sənədlərin toplanması və viza prosedurunu peşəkarlara həvalə edin.

Tez-tez Verilən Suallar (FAQ)

Niderland viza prosesinə mən yoxsa universitet müraciət edir?

Avropanın əksər ölkələrindən fərqli olaraq Niderlandda vizaya tələbə özbaşına müraciət edə bilməz. Siz bütün maliyyəni (təhsil+yaşam xərci) universitetin hesabına köçürürsünüz və universitet IND sisteminə sizin adınızdan müraciət edir.

Niderlandda universitetlər tələbələrə yataqxana zəmanəti vermir. Tələbələr Room.nl kimi platformalarda aylarla əvvəldən növbəyə durmalı və mənzili baha qiymətə özləri kirayə tapmalıdırlar. Buna görə müraciətlər çox erkən olmalıdır.

BSN sizin Niderlandda rəsmi identifikasiya nömrənizdir. Ölkəyə çatan kimi Bələdiyyədə (Gemeente) qeydiyyata düşüb BSN almalısınız. BSN olmadan bank hesabı aça, ev kirayəyə götürə, sağlamlıq sığortası ala və ya part-time işləyə bilməzsiniz.

Niderlandda hər iki diplom yüksək səviyyəli sayılır. Əgər gələcəkdə akademik, alim və ya rəhbər menecer olmaq istəyirsinizsə WO daha güclüdür. Lakin birbaşa spesifik texniki/peşəkar kadr kimi dərhal iş tapmaq istəyirsinizsə HBO daha cəlbedicidir.

Bəzi çox məşhur və kütləvi müraciət olunan ixtisaslarda (Tibb, Süni İntellekt, Psixologiya, Kompüter Elmləri) hökumət tərəfindən yer (kvota) məhdudiyyəti qoyulur. Qəbul yalnız GPA ilə deyil, universitetin xüsusi daxili seçmə imtahanı ilə aparılır.

Niderlandda icbari tibbi sığorta (Basic Health Insurance) çox baha olduğu üçün (aylıq ~130€), əgər siz part-time işləyirsinizsə və gəliriniz aşağıdırsa, dövlət ‘Zorgtoeslag’ proqramı çərçivəsində bu sığorta məbləğinin çox böyük hissəsini sizə hər ay geri qaytarır.

Təəssüf ki, DUO (aylıq maliyyə krediti və pulsuz ictimai nəqliyyat təmin edən qlobal ‘Student Travel Product’) əsasən EU (Avropa İttifaqı) vətəndaşlarına aiddir. Qeyri-AB vətəndaşları (azərbaycanlılar) yalnız qanuni olaraq müəyyən saat part-time işlədikləri təqdirdə buna uyğun ola bilərlər.

İlk ilin viza müraciəti zamanı rüsum və yaşam xərci tam olaraq 1 illik universitetə depozit kimi ödənilməlidir (Hollandiya qanunu). Lakin 2-ci və sonrakı kurslarda universitetlər rüsumu 5-10 aylıq hissələrə bölməyə (taksit etməyə) qanuni olaraq imkan verirlər.

Çünki Akademik Araşdırma (WO) universitetlərinin təməl məqsədi sizi şirkət işçisi yox, alim, analitik və tədqiqatçı kimi yetişdirməkdir. Əgər dərslərin tərkibində birbaşa şirkət stajı (təcrübə) axtarırsınızsa, Niderlandda mütləq Tətbiqi Elmlər (HBO) universitetlərini seçməlisiniz.

Sürətli faktlar

Təhsil Müddəti

İxtisasdan asılı olaraq Bakalavr adətən 3-4 il, Magistratura isə 1-2 il davam edir

Tədris Dili

100% ingilis dilində proqramlar mövcuddur

İllik Təhsil Haqqı

8000€ - 15000€

Aylıq Yaşam Xərci

900€ - 1200€

Viza Tələbləri

Milli Tələbə Vizası

Maliyyə Təminatı

İllik təhsil haqqı + illik yaşam xərci (minimum 12,000€)

Müraciət Tarixləri

Sentyabr - Yanvar/May