Əgər alman diliniz C1 deyilsə və ya akademik fərqləriniz varsa, Vorstudienlehrgang (hazırlıq ili) proqramına yönləndiriləcəksiniz. Burada dili və lazımi fənləri öyrənib imtahan verdikdən sonra bakalavra başlayırsınız.
Alman dilli proqramlar üçün bəli. ÖSD Avstriyada ən çox tanınan rəsmi alman dili sertifikatıdır. Lakin Goethe-Zertifikat və ya TestDaF da eyni dərəcədə qəbul edilir.
Çox nadir hallarda. Dövlət universitetlərində bakalavr dərəcələri demək olar ki, tamamilə alman dilindədir. İngilisdilli bakalavr proqramları əsasən özəl universitetlərdə və ya bəzi Fachhochschulen-lərdə mövcuddur.
Bəli, çox ciddi şəkildə. Təqdim olunan maliyyə vəsaitinin leqal mənbəyi (valideynin maaş arayışı, biznes gəlirləri və ya əmlak satışı sənədləri) mütləq sübut edilməlidir.
Avstriyada universitetlərin öz yataqxanaları olmur. Yataqxanalar OeAD Student Housing və ya digər özəl təşkilatlar (məsələn, STUWO, WIHAST) tərəfindən idarə olunur və yerlər çox tez dolduğu üçün aylar öncədən müraciət edilməlidir.
Bəli, Avstriyada oturum icazəsi almaq üçün dövlət tələbə tibbi sığortası (Österreichische Gesundheitskasse – ÖGK) məcburidir. Aylıq ödənişi tələbələr üçün olduqca münasibdir – təxminən 65-70 €.
FH-lar tətbiqi elmlər universitetləridir. Burada dərslər daha praktiki keçirilir, qrupdakı tələbə sayı limitlidir, staj keçmək məcburidir və qəbul zamanı daxili imtahan/müsahibə mərhələsi olur.
Xeyr, bu Avstriya Təhsil Nazirliyinin əcnəbi tələbələr üçün tətbiq etdiyi ən sərt akademik qaydadır. Müraciət etdiyiniz ixtisas üzrə Azərbaycandakı imtahanda keçid balını topladığınızı göstərən sənəd mütləq olmalıdır.

Oturum icazəsini uzatmaq üçün tələbə hər il ən azı 16 ECTS (kredit) həcmində dərsi uğurla keçdiyini (akademik müvəffəqiyyət) və bank hesabında kifayət qədər vəsait olduğunu sübut etməlidir.
Vyanada tələbələr üçün “Semesterticket” adlı güzəştli nəqliyyat kartı mövcuddur. Bu kartla cəmi 75-150 € ödəməklə bütün semestr boyu metro, tramvay və avtobuslardan limitsiz istifadə etmək olar.
Xaricdə təhsil xəyallarınızı gerçəkləşdirən qlobal təhsil və karyera agentliyi. Peşəkar yanaşma, mütləq şəffaflıq.
Təhsil dünyasında baş verən yeniliklərdən, Təqaüd proqramlarından və karyera fürsətlərindən xəbərdar olmaq üçün abunə olun.
©2026. econelli