İtaliyada həm tam ödənişsiz təhsil almaq, həm də aylıq yaşayış xərclərinizi qarşılayan dövlət təqaüdü – DSU – Universitet Təhsil Hüququ) təqaüdü

econelli. Ana səhifə Haqqımızda Xaricdə təhsil Qlobal İstiqamətlər 11 fərqli ölkənin qəbul şərtləri, təqaüd və viza imkanları ilə tanış olun. Bələdçini Aç İtalyada 🇺🇸 ABŞ 🇨🇿 Çexiya 🇩🇪 Almaniya 🇵🇱 Polşa 🇫🇷 Fransa 🇨🇦Kanada 🇹🇷 Türkiyə Kurslarımız Qlobal İstiqamətlər Qlobal İstiqamətlər 11 fərqli ölkənin qəbul şərtləri, təqaüd və viza imkanları ilə tanış olun. Bələdçini Aç İELTS hazırlığı Qlobal İstiqamətlər İELTS hazırlığı Qlobal İstiqamətlər İELTS hazırlığı Qlobal İstiqamətlər İELTS hazırlığı Qlobal İstiqamətlər İELTS hazırlığı Qlobal İstiqamətlər Təhsil bələdçisi Blog X Bizə yazın Ana səhifəyə qayıt İtaliyada həm tam ödənişsiz təhsil almaq, həm də aylıq yaşayış xərclərinizi qarşılayan dövlət təqaüdü – DSU – Universitet Təhsil Hüququ) təqaüdü İtaliyada həm tam ödənişsiz təhsil almaq, həm də aylıq yaşayış xərclərinizi qarşılayan dövlət təqaüdü qazanmaq mümkündür. İtaliyanın “Diritto allo Studio Universitario” (DSU – Universitet Təhsil Hüququ) təqaüdü azərbaycanlı tələbələrin Avropada ən çox yararlandığı və müraciəti ən əlçatan olan proqramlardan biridir. Digər bir çox təqaüd proqramlarından fərqli olaraq, DSU təqaüdü akademik nəticələrinizdən (yüksək qiymətlər və ya güclü CV) daha çox, ailənizin iqtisadi vəziyyətinə əsasən verilir. Bu məqalədə, İtaliya Universitetlər və Tədqiqat Nazirliyinin (MUR) və regional DSU portallarının ən son rəsmi qaydalarına əsaslanaraq, bu təqaüdə gedən yolu detallı şəkildə izah edəcəyik. DSU Təqaüdü Hansı Təhsil Pillələrini Əhatə Edir? DSU Təqaüdü Nələri Qarşılayır?  İtaliya Universitetlər və Tədqiqat Nazirliyinin (MUR) 2026/2027-ci tədris ili üçün qəbul etdiyi yeni 175/2026 nömrəli dekreti ilə təqaüd məbləğləri inflyasiyaya uyğun olaraq artırılmışdır. Azərbaycanlı tələbələr İtaliyada oxuduqları şəhərdən uzaqda yaşadıqları üçün “Fuori Sede” (Regiondan kənar / Beynəlxalq) statusu daşıyır və ən yüksək təminat paketini alırlar. Təqaüd paketi aşağıdakıları ehtiva edir: Təhsil Haqqından Tam Azad Olunma (Esonero Totale): DSU qazanan tələbə universitetin illik ödənişini vermir (yalnız 140-156 Avro civarında olan məcburi regional vergi ödənilir). Nağd Təqaüd (Borsa di Studio): “Fuori Sede” (Beynəlxalq) tələbələr üçün illik baza təqaüdü 2026/2027-ci il üçün 7,171.11 Avro-ya qaldırılmışdır. Təqaüd adətən il ərzində 2 hissəyə (qış və yay aylarında) bölünərək ödənilir. Pulsuz Yataqxana (Posto Alloggio): Regional qurumun tabeliyindəki tələbə yataqxanalarında ödənişsiz qalmaq hüququ. (Əgər yataqxanada yer tapılmazsa, tələbə özü ev kirayələyir və təqaüdün tam məbləği onun hesabına köçürülür). Pulsuz Qidalanma (Mensa): Universitetlərin və ya DSU qurumlarının rəsmi yeməkxanalarında gündə 1 və ya 2 dəfə ödənişsiz (və ya çox cüzi endirimli) isti yemək təminatı. Rəsmi Qaydalar “ISEE Parificato” İqtisadi İndeksi (Ən vacib mərhələ) DSU təqaüdünü qazanmağın yeganə yolu ailənizin iqtisadi göstəricilərinin İtaliya dövlətinin tələb etdiyi limitdən aşağı olmasıdır. Bunun üçün Azərbaycan sənədləriniz əsasında İtaliyadakı CAF (Vergi Yardım Mərkəzi) ofisləri tərəfindən ISEE Parificato (Ekvivalent İqtisadi Vəziyyət Göstəricisi) adlı bir rəqəm hesablanır. 2026/2027-ci ilin MUR qərarlarına əsasən limitlər belədir: Maksimum ISEE limiti: 28,339.88 Avro. Maksimum ISPE (Əmlak) limiti: 61,608.48 Avro. Qızıl Qayda: Azərbaycandakı ortalama gəlirlər Avropa standartları ilə hesablandıqda bu limitlərin xeyli altında qalır. Buna görə də sənədlərini düzgün və tam hazırlayan əksər azərbaycanlı tələbələr iqtisadi olaraq bu təqaüdə uyğun (Idoneo) sayılır. Müraciət Universitetə Yox, Regiona Edilir Tələbələrin ən çox qarışdırdığı məqamlardan biri budur: Siz universitetə qəbul olduqdan sonra təqaüd üçün müraciəti universitetin özünə deyil, həmin universitetin yerləşdiyi Regionun DSU idarəsinə edirsiniz. Məsələn: Turin şəhərindəki universitetlər üçün: EDISU Piemonte Roma şəhəri üçün: DiSCo Lazio Florensiya, Piza, Siena üçün: DSU Toscana Boloniya, Parma üçün: ER.GO (Emilia-Romagna) Venesiya, Padova üçün: ESU Veneto Təqaüdün Əsas Şərti – “CFU” (Kredit) Tələsi DSU “gələnə qədər asan, əldə saxlamaq çətin” bir təqaüddür. Birinci kursa daxil olarkən təqaüd sadəcə ISEE sənədlərinizə əsasən verilir. Lakin siz birinci ilin avqust ayının 10-na qədər regional bəyannamədə tələb olunan minimum Universiteti Krediti (CFU) toplamalısınız (adətən bu, proqramdan asılı olaraq 20-35 CFU arası dəyişir). Əgər dərslərdən kəsilsəniz və lazımi krediti toplaya bilməsəniz, təqaüdünüz dərhal ləğv edilir və sizdən həmin il aldıqlarınızı dövlətə geri qaytarmaq (revoca) tələb olunur. Tələb Olunan Əsas Sənədlər (Checklist) ISEE Parificato sənədini əldə etmək üçün Azərbaycandan toplayıb İtaliyaya aparmalı olduğunuz standart sənədlər bunlardır:   Ailə Tərkibi Haqqında Arayış: Sizinlə eyni evdə yaşayan ailə üzvlərini göstərən rəsmi sənəd. Valideynlərin Gəlir Arayışı: Ailə üzvlərinin iş yerindən tam ötən təqvim ili üzrə (məsələn, 2026-cı ildə müraciət edirsinizsə, 2025-ci ilin yanvar-dekabr dövrü üçün) aldıqları maaşı göstərən arayış. Əgər valideyn işləmirsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən işsizlik arayışı alınmalıdır. Əmlak Arayışı: Valideynlərin (və 18 yaşı tamam olmuş tələbənin) adına Azərbaycanda hər hansı bir ev, mənzil, torpaq sahəsi olub-olmaması barədə rəsmi çıxarış. Əgər ev varsa, sənəddə onun kvadratmetri mütləq göstərilməlidir. Bank Çıxarışı (Qalıq): Ötən təqvim ilinin tam olaraq 31 Dekabr tarixinə ailənin bank hesablarında nə qədər pul (qalıq məbləğ) olduğunu göstərən bank arayışı. VACİB ŞƏRT: Azərbaycandan alınan bütün bu sənədlər rəsmi qaydada italyan dilinə tərcümə olunmalı və İtaliyanın Azərbaycandakı Səfirliyi tərəfindən qanuniləşdirilməlidir (Apostil / Legalezzazione). Yalnız bu möhürlərdən sonra sənədlərinizi İtaliya CAF ofislərinə təqdim edə bilərsiniz. VACİB QEYD: Burda yazılan sənədlər regionlara görə fərqlilik göstərə bilər. Sənədləri hazırlamağa başlamazdan əvvəl bizimlə əlaqə saxlayaraq suallarınıza dəqiq cavab ala bilərsiz. Müraciət Təqvimi Hər bir regionun təqaüd fondu ayrılıqda işlədiyi üçün tək bir qlobal son tarix (deadline) yoxdur. Lakin prosesin ümumi qrafiki belədir:   Bəyannamələrin (Bando) Çıxması və Qeydiyyat: Adətən İyun ayının sonu – İyul aylarında. (Məsələn, DSU Toscana bəyannaməsi adətən İyulun ortalarında yayımlanır). Son Müraciət Tarixi: Avqust ayının sonuna qədər davam edir. (Məsələn, EDISU Piemonte üçün ənənəvi olaraq Sentyabr ayının ilk yarısına təsadüf edir). İlkin (Provvisoria) və Yekun (Definitiva) Siyahıların Elanı: Oktyabr – Noyabr ayları. Sənədləşmə Prosesinə Başlayaq? Bu ölkə üçün lazım olan bütün sənədlərin toplanması və viza prosedurunu peşəkarlara həvalə edin. Mütəxəssislərimiz ilə görüş təyin edin Əlaqəli məqalələr Zəif Qiymət Ortalaması (Aşağı GPA) ilə Xaricdə Yaxşı Universitetə Necə Qəbul Olmaq Olar? Xaricdə Pulsuz Təhsil Mümkündürmü? Təhsil Haqqı Tələb Etməyən (və ya Çox Ucuz) 5 Ölkə Pulsuz məsləhət alın Mütəxəssislərimiz sizə xaricdə təhsil yolunda ən uyğun variantı tapmaqda kömək edəcək. Müraciət et Abunə ol Müraciət tarixlərindən və ən son xəbərlərdən ilk xəbərdar ol

11 İllik Attestatla Xaricdə Birbaşa Bakalavr Təhsili: Hansı Ölkələr Sizi Gözləyir?

econelli. Ana səhifə Haqqımızda Xaricdə təhsil Kurslarımız Qlobal İstiqamətlər Qlobal İstiqamətlər 11 fərqli ölkənin qəbul şərtləri, təqaüd və viza imkanları ilə tanış olun. Bələdçini Aç İELTS hazırlığı Qlobal İstiqamətlər İELTS hazırlığı Qlobal İstiqamətlər İELTS hazırlığı Qlobal İstiqamətlər İELTS hazırlığı Qlobal İstiqamətlər İELTS hazırlığı Qlobal İstiqamətlər Təhsil bələdçisi Blog X Bizə yazın Ana səhifəyə qayıt 11 İllik Attestatla Xaricdə Birbaşa Bakalavr Təhsili: Hansı Ölkələr Sizi Gözləyir? Xaricdə təhsil almaq istəyən azərbaycanlı məzunların və valideynlərin ən çox qarşılaşdığı və bəzən xəyal qırıqlığına səbəb olan ilk anlayış “təhsil illəri arasındakı fərqdir”. Bildiyimiz kimi, Azərbaycanda tam orta təhsil 11 illikdir. Lakin Almaniya, Böyük Britaniya və ya İtaliya kimi bir çox qərb ölkələrində ali məktəbə qəbul olmaq üçün 12 və ya 13 illik təhsil keçmişi tələb olunur. Bu isə tələbələrimizin həmin ölkələrdə əlavə olaraq 1 il “Foundation” (hazırlıq) və ya “Studienkolleg” oxumasını, yaxud Azərbaycan universitetlərində 1 il təhsil almasını məcbur edir. Lakin narahat olmağa dəyməz. Dünyada kifayət qədər nüfuzlu və keyfiyyətli təhsil verən ölkələr var ki, Azərbaycanın 11 illik attestatını tam olaraq tanıyır və heç bir hazırlıq ili tələb etmədən birbaşa 1-ci kursa (Bakalavr) qəbul şansı yaradır. Türkiyə 🇹🇷 Türkiyə həm mədəni yaxınlığına, həm də təhsil sisteminin uyğunluğuna görə azərbaycanlı tələbələr üçün bir nömrəli istiqamətdir. Türkiyənin Ali Təhsil Şurası (YÖK) Azərbaycan attestatını tam şəkildə tanıyır. Qəbul şərtləri: Türkiyədəki bir çox özəl universitetlər yalnız 11 illik attestatla birbaşa qəbul həyata keçirir (attestat balınızın 70% və yuxarı olması müsbət haldır). Bəzi reytinqli dövlət universitetləri isə attestatla yanaşı TR-YÖS və ya SAT imtahan nəticəsi tələb edə bilər. Təhsil dili ingiliscə olan ixtisaslar üçün TOEFL və ya universitetin daxili dil imtahanı (Muafiyet), türkcə olanlar üçün isə TÖMER sertifikatı (B2/C1) tələb olunur. Keçərli olduğu universitetlər/ixtisaslar: Tibb və diş həkimliyi istisna olmaqla (bu ixtisaslarda rəqabət yüksək olduğu üçün YÖS/SAT şərtdir), Mühəndislik, Biznes, İT, Humanitar elmlər daxil olmaqla demək olar ki, bütün ixtisaslar üzrə Bahçeşehir, Aydın, Medipol, Nişantaşı kimi özəl, eləcə də bir çox dövlət universitetlərində keçərlidir. Müraciət vaxtları və vacib nüanslar: Özəl universitetlər üçün müraciətlər adətən mart ayından başlayıb avqustun sonuna qədər davam edir. Dövlət universitetlərinin xarici tələbə qəbulu tarixləri fərqlidir, ona görə də hər universitetin öz təqvimini izləmək mütləqdir. Polşa 🇵🇱 Polşa Avropa Birliyi daxilində azərbaycanlı tələbələrin ən çox üz tutduğu istiqamətlərdən biridir. Təhsil haqqının münasib olması və 11 illik attestatın birbaşa qəbul edilməsi bura marağı artırır. Qəbul şərtləri: Attestatınız birbaşa qəbul edilir, lakin mütləq şəkildə “Apostil” olunmalıdır (bəzi universitetlər birinci semestr ərzində Polşa Təhsil Nazirliyindən “Nostrifikasiya” – yəni sənədin tanınması prosedurunu tələb edir). İngilis dilində təhsil üçün adətən IELTS (minimum 5.5 – 6.0) və ya TOEIC sertifikatı tələb olunur. Bəzi universitetlər daxili Skype müsahibəsi ilə də dil biliyini yoxlayaraq qəbul edir. Keçərli olduğu universitetlər/ixtisaslar: Warsaw University of Technology, Vistula University, Lazarski University kimi nüfuzlu təhsil ocaqlarında İT, Beynəlxalq Münasibətlər, Biznesin İdarəedilməsi və Maliyyə ixtisasları çox populyardır. Müraciət vaxtları və vacib nüanslar: Qəbul prosesi may ayında başlayır və iyulun sonuna kimi davam edir (bəzi universitetlərdə sentyabra qədər uzana bilər). Vizaya müraciət prosesi uzun çəkə bildiyi üçün qəbulu erkən almaq vacibdir. Macarıstan 🇭🇺 Macarıstan həm ödənişli təhsil, həm də hər il onlarla azərbaycanlı tələbənin qazandığı “Stipendium Hungaricum” tam təqaüd proqramı ilə diqqət çəkir. Azərbaycan attestatı ölkədə tam qüvvəyə minir. Qəbul şərtləri: Orta məktəb attestatı və yüksək qiymət ortalaması. Mütləq şəkildə beynəlxalq dil sertifikatı (IELTS 5.5/6.0 və ya TOEFL) tələb olunur. Xüsusi nüans: Bir çox Macarıstan universiteti müraciətçilər üçün daxili onlayn imtahan və ya müsahibə (xüsusən mühəndislik üçün riyaziyyatdan) təşkil edir. Keçərli olduğu universitetlər/ixtisaslar: Eötvös Loránd University (ELTE), University of Debrecen, Budapest University of Technology and Economics (BME). Mühəndislik, Kompüter Elmləri, Tibb və İqtisadiyyat ixtisasları geniş yayılıb. Müraciət vaxtları və vacib nüanslar: Əgər “Stipendium Hungaricum” təqaüdünə müraciət edirsinizsə, proses noyabr ayında başlayır və yanvarın ortasında bitir. Öz hesabına (ödənişli) oxuyacaq tələbələr üçün isə müraciətlər adətən iyun ayına qədər davam edir. Litva 🇱🇹 Avropa standartlarında, təhlükəsiz və büdcəyə uyğun bir təhsil axtarırsınızsa, Litva mükəmməl seçimdir. Litva qanunvericiliyi Azərbaycanın 11 illik attestat sistemini tanıyır, sadəcə xüsusi mərkəz vasitəsilə qiymətləndirmə aparılır. Qəbul şərtləri: Litvaya qəbul zamanı attestatınız Litvanın Keyfiyyətin Qiymətləndirilməsi Mərkəzi (SKVC) tərəfindən yoxlanılır və ekvivalentliyi təsdiqlənir. Yaxşı qiymət ortalaması (xüsusilə profil fənlər üzrə) və ingilis dili sertifikatı (IELTS 5.5 – 6.0) mütləqdir. Keçərli olduğu universitetlər/ixtisaslar: Vilnius University, Kaunas University of Technology, Vilnius Gediminas Technical University (VILNIUS TECH). İT, Qrafik Dizayn, Mexatronika və Qlobal Biznes proqramları çox güclüdür. Müraciət vaxtları və vacib nüanslar: Litvada müraciət tarixləri qısadır, adətən may və ya iyun ayının sonlarında başa çatır. SKVC-nin sənəd təsdiq prosesi əlavə vaxt apardığı üçün prosesə mart-aprel aylarında başlamaq tövsiyə olunur. Tələbələr Üçün Praktiki Məsləhətlər Xaricdə birbaşa bakalavr təhsili almaq böyük bir üstünlükdür, lakin bu yolda bəzi inzibati və texniki maneələri əvvəlcədən aşmaq lazımdır. Azərbaycanlı məzunların və valideynlərin mütləq diqqət etməli olduğu 3 qızıl qayda: “Arayış”la Erkən Müraciət Edin: Azərbaycanda məzunlar attestatı adətən iyun ayının sonu və ya iyulda alırlar. Avropada və Türkiyədə bir çox universitetin qəbulu isə may-iyun aylarında bitir. Gözləməyə ehtiyac yoxdur! Məktəbinizdən 9, 10 və 11-ci sinfin 1-ci yarımilini əhatə edən qiymət cədvəlini (Transkript/Arayış) alıb, notarial qaydada tərcümə-təsdiq etdirərək “Şərti Qəbul” (Conditional Offer) ala bilərsiniz. Attestatı isə çıxdığı zaman universitetə təqdim edəcəksiniz. Attestatınıza Apostil Vurdurun: Xarici ölkələrin böyük əksəriyyəti sizin attestatınızın saxta olmadığını təsdiqləmək üçün “Apostil” möhürü tələb edir. Attestatı aldıqdan dərhal sonra “ASAN Xidmət” vasitəsilə bu prosesi həll edin. İngilis Dilini Riskləyə Atmayın: Bəzi universitetlər daxili imtahanla qəbul etsə də, əlinizdə minimum 6.0 ballıq bir IELTS sertifikatının olması sizə onlarla fərqli universitetə qapı açacaq, təqaüd qazanma şansınızı artıracaq və viza prosesində konsulluqda inam yaradacaqdır. Sənədləşmə Prosesinə Başlayaq? Bu ölkə üçün lazım olan bütün sənədlərin toplanması və viza prosedurunu peşəkarlara həvalə edin. Mütəxəssislərimiz ilə görüş təyin edin Əlaqəli məqalələr Zəif Qiymət Ortalaması (Aşağı GPA) ilə Xaricdə Yaxşı Universitetə Necə Qəbul Olmaq Olar? Xaricdə Pulsuz Təhsil Mümkündürmü? Təhsil Haqqı Tələb Etməyən (və ya Çox Ucuz) 5 Ölkə Pulsuz məsləhət alın Mütəxəssislərimiz sizə xaricdə təhsil yolunda ən uyğun variantı tapmaqda kömək edəcək. Müraciət et Abunə ol Müraciət tarixlərindən və ən son xəbərlərdən ilk xəbərdar ol Xaricdə təhsil xəyallarınızı gerçəkləşdirən qlobal təhsil və karyera agentliyi. Peşəkar yanaşma, mütləq şəffaflıq. Sürətli keçidlər Home (Temp) Contact From 7 Widget Video Widget For Elementor Əlaqə Bologna, Italiya (rəqəmsal ofis) +994 51 619 04 37 info@econelli.com Abunə ol Xaricdə təhsil xəyallarınızı gerçəkləşdirən